cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Ən bahalı futbol klubları açıqlandı

29.05.2019 11:08 Oxundu 575


Madridin “Real” klubu Avropanın ən bahalı futbol klubudur. Klubun ümumi dəyəri 3,22 milyard avro təşkil edir.

BBC-nin məlumatına görə, KPMG təşkilatının apardığı araşdırmanın nəticələri bunu əks etdirir.

2016-2017 və 2017-2018 mövsümlərinin göstəricilərini əhatə edən hesabatda gəlirlər, yayım hüquqları, populyarlıq, perspektivlər, stadionun dəyəri kimi meyarlar nəzərə alınıb.

Çempionlar Liqası finalçıları “Liverpul” və “Tottenhem” klubları cədvəldə müvafiq olaraq yeddinci və doqquzuncu yerdə qərarlaşıb. Bakıda bu gün keçiriləcək Avropa Liqası finalının iştirakçıları “Çelsi” və “Arsenal” klubları isə müvafiq olaraq altıncı və səkkizinci yerlərdə qərarlaşıb.

Ən bahalı Avropa klublarının onluğunu təqdim edirik:

1. Real Madrid -  3.22 milyard avro

2. Mançester Yunayted - 3.20 milyard avro

3. “Bavariya” -  2.69 milyard avro

4. “Barselona” -  2.67 milyard avro

5. “Mançester Siti” -  2.46 milyard avro

6. “Çelsi” -  2.22 milyard avro

7. “Liverpul” -  2.09 milyard avro

8. “Arsenal” -  2.00 milyard avro

9. “Tottenhem” -  1.69 milyard avro

10. “Yuventus” -  1.54 milyard avro
(oxu.az)