cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Portuqaliyalı ulduz futbolçu Bakıda

30.05.2019 16:05 Oxundu 518


Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma Bakıya gəlib
.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O, 36 yaşlı yarımmüdafiəçinin nazir Azad Rəhimovla görüşəcəyini bildirib.

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasını, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub (Report).