çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

UEFA qrup mərhələsinə birbaşa gedən komandaları açıqladı

30.05.2019 17:10 Oxundu 626

UEFA növbəti mövsümdə Çempionlar Liqasının  və Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların siyahısını açıqlayıb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
Çempionlar Liqasının qrup mərhələsində İspaniyanın "Barselona", "Atletiko", "Real" və "Valensiya",  İngiltərənin "Mançester Citi", "Liverpul", "Çelsi" və "Tottenhem", Türkiyənin  "Qalatasaray", Belçikanın "Qent", Portuqaliyanın "Benfika", Avstriyanın" Salzburq ", Rusiyanın" Zenit "və" Lokomotiv ", Fransanın PSJ, "Lion" və "Lill ", Almaniyanın "Bavariya"," Borussiya " (Dortmund), "Leypsiq" və "Bayer" komandaları birbaşa iştirak edəcəklər.  Qrup mərhələsində 32 komanda mübarizə aparacaq.
Avropa Liqasının qrup mərhələsinə İtaliyanın "Latsio" və "Milan", İngiltərənin "Arsenal" və Mançester Yunayted", İspanıyanın "Xetafe" və "Sevilya", Almaniyanın " Borussiya" (Münxenqladbax) və "Volfsburq" Fransanın "Renn" və "Sent-Etyen", Rusiyanın CSKA, Portuqaliyanın "Sportinq", Ukraynanın "Aleksandrya" Belçikanın "Mexelen", Türkiyənin "Beşiktaş", Avstriyanın "Volfsberq" və İsveçrəni "Luqano"  komandaları birbaşa qoşulacaqlar. Avropa Liqasının qrup mərhələsində cəmdə 48 komanda iştirak edəcək.