cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Ramil Şeydayev: "Mxitaryan Bakıya getməməklə düzgün etmədi"

30.05.2019 17:39 Oxundu 433

"Hesab edirəm ki, bu normal hal deyil. İdmanla siyasəti qarışdırmaq düzgün deyil. Hər tərəfli təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdir".

Bu sözləri millimizin üzvü Ramil Şeydayev  müsahibəsində deyib.

"Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının "Çelsi" ilə keçiriləcək finalı üçün Bakıya gəlməməsinə münasibət bildirən "Krılya Sovetov"un hücumçusu Bakının dinc şəhər olduğunu və futbolçunun qərarını anlamadığını qeyd edib: "Mən xatırlamıram ki, Bakıda kiməsə toxunsunlar. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib. 

Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdir. Əgər sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu ümumiyyətlə səhv addımdır. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdır. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm".  (Qol.az)