çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Elxan Məmmədova UEFA-da yeni vəzifə verildi

31.05.2019 10:48 Oxundu 711

Mayın 29-da Bakı şəhərində ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası keçirildi. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin sədri vəzifəsinə seçilib. Bununla bağlı UEFA-dan AFFA-ya rəsmi məlumat daxil olub. Xatırladaq ki, Elxan Məmmədov 2008-ci ildən etibarən qeyd olunan komitədə sədr müavini vəzifəsində çalışırdı.