bazar ertəsi, 07 iyul 2025

DİGƏR NÖVLƏR

Abramoviç və Tale Heydərov Bakının məşhur çay evində

31.05.2019 13:50 Oxundu 593


“Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyunundan sonra Bakını dərhal tərk etməyib.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, dünən rusiyalı olixarq Qız Qalası yaxınlığında yerləşən məşhur 145 çay evində görüntülənib. Bu məkan həm də keyfiyyətli qəlyanı ilə tanınır.

Qeyd edək ki, Roman Abramoviçlə eyni masada oturanlar arasında bir müddət əvvəl “Qəbələ” klubunun prezidentliyindən istifa verən, amma hazırda da klubun sahibi Tale Heydərov da olub.

Xatıladaq ki, Abramoviçin komandası “Çelsi” Bakı finalında “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi adını qazanıb.