cümə, 26 aprel 2024

DİGƏR NÖVLƏR

Ramil Quliyev Avropanın təqdimat elçisi olub

01.06.2019 10:22 Oxundu 573

Dünya və Avropa çempionu Türkiyəni təmsil edən həmyerlimiz yüngül atlet (sprinter) Ramil Quliyev Belarusiyanın paytaxtı Minskdə 9-10 sentyabr tarixlərində ilk dəfə keçiriləcək Avropa-ABŞ atletizm oyununda Avropa komandasının elçisi seçilib. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Atletizm Assosiasiyası tərəfindən seçilmiş üç elçidən biri olacaq Ramil Quliyev oyunun başlayacağı vaxta qədər olan 100 gün ərzində müxtəlif tədbirlərdə Avropa-ABŞ atletizm oyunun təqdimatını edəcək.