cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"İnter" "Mançester Yunayted"in futbolçusunu heyətinə qata bilər

01.06.2019 12:52 Oxundu 534

“İnter”in yeni baş məşqçisi Antonio Kontenin transfer siyahısındakı ilk futbolçu “Mançester Yunayted”dən Romelu Lukakudur. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi artıq “qırmızı şeytanlar”la danışıqlara başlayıb. Gələcək mövsümdə “Mançester Yunayted”in çalışdırıcısı Ole Qunnar Sulşerin planlarına daxil olmayan Lukakunun “İnter”ə keçidi real görünür. Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi Belçikalı hücumçunun sərbəstqalma dəyərini 80 milyon funt sterlinq olaraq təyin edib.