şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Şeydayevin komandası Premyer Liqada qaldı

03.06.2019 13:20 Oxundu 484

Milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"  bu gün Rusiya Premyer Liqasında qalmaq uğrunda pley-offun cavab oyununa çıxıb.


Samara təmsilçisi evdə "Nijni Novqorod"la qarşılaşıb. 

Şeydayevin 90 dəqiqə oynadığı görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda rəqibini 3:1 üstələyən "Krılya Sovetov" iki oyunun nəcicəsinə görə elitadakı yerini qoruyub.(Qol.az)