03.06.2019 14:32
490


Xames Rodriges yeni mövsümdən “Napoli”nin heyətində çıxış edə bilər. Cempion.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti klub rəhbərliyindən keçmiş oyunçusunun transfer edilməsini istəyib. Klub rəsmiləri futbolçunun meneceri Jorge Mendes ilə görüşmələrə başlayıb. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə Xames növbəti mövsümdən “Napoli”nin uğurları üçün tər tökəcək.