cümə, 26 aprel 2024

BİZİM FUTBOL

“Sumqayıt” ilk transferini reallaşdırıb

03.06.2019 17:17 Oxundu 526

2019/2020 mövsümü üçün transfer çalışmalarına start verən “Sumqayıt” FK ilk futbolçu transferini reallaşdırıb. Cempion.az klubun saytına istinadən xəbər verir ki, komanda son mövsümü “Zirə”də keçirmiş Vüqar Mustafayevlə anlaşıb. 1 illik müqaviləyə imza atan dayaq yarımmüdafiəçisi “Sumqayıt” FK-da 6 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, Vüqar Mustafayev “Zirə” ilə yanaşı (79 oyun, 1 qol), “Bakı” (16 oyun), “Simurq” (13 oyun) və “Qarabağ”ın (6 oyun) uğurları üçün çalışıb. U-21 (8 oyun) və A millimizin də (1 oyun) formasını geyinmiş Vüqar U-23 millimizin heyətində IV İslam Həmrəylik Oyunlarının qalibi olub.