bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

"Beşiktaş"ın futbolçusuna 14 ay həbs cəzası verilib

04.06.2019 13:00 Oxundu 531

“Beşiktaş”ın braziliyalı futbolçusu Adriano İspaniya məhkəməsi tərəfindən 14 ay həbs və 1 milyon avro pul cəzası alıb. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin cəza səbəbi vergidən yayınması olub. Adrianounu vəkilləri futbolçunun həbs cəzasının pul təzmiatı ilə əvəzlənməsi üçün yenidən məhkəməyə müraciət ediblər. Qeyd edək ki, Adrioano İspaniyada “Seviliya” və “Barselona”nın futbolçusu olub.