şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

“Real Madrid” fransalı futbolçunu heyətinə qatdı

04.06.2019 15:25 Oxundu 526

“Real Madrid” heyətinə yeni futbolçu qatıb. Cempion.az xəbər verir ki, Madrid təmsilçisi “Lion”nun müdafiəçisi Ferland Mendi və klub rəhbərliyi ilə hər mövzuda razılıq əldə edib. “Real Madrid” transferi yaxın günlərdə ictimaiyyətə təqdim edəcək. “Lion” 23 yaşlı sol cinah müdafiəçisinn satışında 40 milyon avro əldə edib. Qeyd edək ki, "Lion"un heyətinə 75 oyun keçirdən Mendi Fransa yığmasına da dəvət alıb.