04.06.2019 16:15
637


Növbəti mövsüm üçün böyük transfer büdcəsi ayıran “Real Madrid” heyətinə yeni futbolçu qatıb. Madrid təmsilçisi “Ayntraxt Frankfurt”un gənc hücumçusu Luka Yoviçi rənglərinə bağlayıb. Cempion.az xəbər verir ki, bu barədə məlumatı “Ayntraxt Frankfurt” klubu verib. Məlumatda 21 yaşlı oyunçunun “Real Madrid”lə 6 illik müqavilə imzaladığı bildirilir. Bu keçid “Real Madrid” üçün 70 milyon avroya başa gəlib. Qeyd edək ki, Yoviç “Ayntraxt Frankfurt”da 48 oyunda 27 qol 7 məhsuldar ötürmə edib.