şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

 Portuqaliya Millətlər Liqasının ilk qalibi oldu

10.06.2019 13:42 Oxundu 484

UEFA Millətlər Liqasının mükafatçıları müəyyənləşib. Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri Hollandiya yığması ilə üz-üzə gəlib. Oyunun  60-cı dəqiqəsində vurulan qol Portuqaliyanı Millətlər Liqasının ilk qalibi edib.
Üçüncü yer uğrunda qarşılaşmada isə İngiltərə İsveçrəni məğlub edib. Matçın əsas və əlavə vaxtında qapılara top vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan britaniyalılar üçüncü yerə sahib çıxıb.
 
UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş
İsveçrə - İngiltərə - 5:6 (penaltilərlə)
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques". Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
 
Final
Portuqaliya - Hollandiya - 1:0
Qol: Qedeş, 60
Portu (Portuqaliya), "Estadio do Dragao". Baş hakim: Ovidiu Hatseqan (Rumıniya