cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Didie Deşam: "İki il əvvəl ikinci liqada oynayan Mendi  indi "Real "da çıxış edəcək
 

11.06.2019 11:57 Oxundu 560

Fransa milli komandasının baş məşqçisi Didie Deşam "Lion"un müdafiəçisi Ferlan Mendinin yayda "Real"a transfer olacağını bidirib.
"İki il bundan əvvəl Ferlan Fransanınikinci liqa komandası olan  "Le Havr"da oynayan Medndi  indi "Real Madrid"də oynayacaq. O istənilən mövqedə oynaya bilər. Ferlan təəccübediləcək sürətlə  tərəqqi edir", - AS nəşri Deşamdan sitat gətirir.
Mənbənin verdiyi məlumata görə, 24 yaşındakı Mendi tibbi müayinədən keçməlidir. İyunun 4-də fransız klubu ilk testləri keçirib, lakin nəticə o qədər də sevindirici olmayıb. Futblçunun bud nayihəsində zədə aşkarlanıb.  Çərşənbə günü Mendi tibbi müayinədən keçmək üçün Madridə gedəcək. Futbolçunun vəziyyətini yaxşı bilən qaynaqlar iddia edir ki, futbolçunun heç bir zədəsi yoxdur və bu, çərçənbə günü öz təsdiqini tapacaq.
Qeyd edək ki, Mendinin transfer dəyəri 48 milyon avrodur.