şənbə, 20 aprel 2024

BİZİM FUTBOL

Nikola YurçeviçFutbolçular əşqdə qapı istiqamətində çoxlu zərbələr endirsələr də, oyunda bunu etmirlər

11.06.2019 13:44 Oxundu 432

2020-nin seçmə qrup mərhələsi çərçivəsində iyunun 11-də, saat 20:00-da, “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Slovakiya oyunu ərəfəsində millimizin baş məşqçisi Nikola Yurçeviçin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Cempion.az xəbər verir ki, ümumi komandanın əziyyətini dəyərləndirən Nikola Yurçeviç qeyd edib ki: “Üç gün ərzində iki oyun keçirmək çətindir. Macarıstanla oyunun nəticəsi bizi məyus etdi. Komanda üzvləri ilə söhbət etmişik, çətin oyun olacaq. Slovakiya güclü klublarda çıxış edən futbolçulardan qurulub. Bu da komandanın keyfiyyətindən xəbər verir. Buna baxmayaraq, komanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək. Oyun bizim üçün əhəmiyyətlidir. Əgər oyun zamanı futbolçular bacardıqlarını edirlərsə, onlardan narazı qala bilmərəm. Macarıstanla oyunu təhlil etmişik. Razı qaldığım və narazı olduğum məqamlar var. Oyunçulara bununla bağlı fikrimi çatdırmışam. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq. Çünki Macarıstanla qarşılaşmada iştirak edən futbolçular arasında yorğun olanları var. Son məşqdə onların fiziki durumunu da izləyəcəm və bundan sonra heyətlə bağlı qərar qəbul edəcəm. Komandama rəqib qapısı qarşısında təhlükəli olmağı tapşırsam da, oyun zamanı “axsadığımız” məqamlardan biridir. Məşqdə qapı istiqamətində çoxlu zərbələr endirsələr də, oyunda bunu etmirlər. Rəqib nə qədər güclü və keyfiyyətli futbolçulardan qurulsa da, sabahkı oyunla bağlı optimistəm”.