cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Şəhriyar Rəhimov: Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik

12.06.2019 09:09 Oxundu 1084


Milli komandamızın müdafiəçisi Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Məğlubiyyətin səbəbini nədə görürsən?

- Açıq demək lazımdır ki, Slovakiya bizdən daha yüksək səviyyədə futbol oynayır. Onların futbolçuları top-klublarda çıxış edir. Düşünürdük ki, mübarizliyimizi göstərib, nəticə qazana bilərik. Təəssüflər olsun ki, alınmadı. Yenə də bu, böyükhesablı məğlubiyyətimizə bəhanə deyil. Doğurdan da çox pis olmuşuq. Paltardəyişmə otağında heç kimin səsi çıxmırdı. Bu nəticəyə görə bütün xalqımızdan görə üzr istəyirik.

- Bu məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə daha da korlandı. Növbəti oyunlarda hazırkı vəziyyətdən çıxmaq mümkün olacaq?

- Ölkəmizi təmsil edirik. Biz də çalışırıq. Əlimizdən gələni edirik ki, haqqımızda xoş fikirlər səslənsin. İstəməzdik ki, azarkeşlər bizim haqda pis fikirləşsinlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Təəssüf ki, bu gün belə alındı.

- Paltardəyişmə otağından gec çıxmağınıza səbəb nə idi?

- Baş məşqçi mətbuat konfransında idi, onun gəlməyini gözləyirdik. Bizimlə yüngül söhbəti oldu. Elə bir xüsusi səbəb yox idi. (Qol.az)