cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Yurçeviç​: Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm

12.06.2019 09:46 Oxundu 577


"Belə nəticədən sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar". Cempion.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib. Ümumi oyunu dəyərləndirən N.Yurçeviç əlavə olaraq bildirib ki: "“Bu nəticədən sonra nəsə demək çətindi. Amma oyunu qısa da olsa təhlil edəcəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu. Əlbəttə, pis nəticədi. Dördüncü qola qədər müəyyən şanslarımız oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi. Böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirik”.