cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Jezniçakın yeni klubu - "Neftçi" yox...

12.06.2019 12:53 Oxundu 793


"Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni klubu müəyyənləşib.

Cempion.az qol.az-a istinadən xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək. Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.

Xatırladaq ki, Jezniçakın "Neftçi"yə keçə biləcəyi iddia olunurdu.