cümə, 29 mart 2024

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi müəyyənləşir

18.06.2019 09:32 Oxundu 538


Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Cempion.az xəbər verir ki,  Bakı vaxtı ilə saat 16:30-da İveçrənin Nyon şəhərində baş tutacaq mərasimdə qitənin ən nüfuzlu klub turnirində yarışacaq komandalar öz rəqiblərini tanıyacaqlar.

Azərbaycanı ÇL-də “Qarabağ” təmsil edəcək. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq.

Qurban Qurbanovun komandasına 1-ci təsnifat mərhələsində 5 komanda rəqib ola bilər ki, onlardan biri sabahkı püşkatmadan sonra dəqiq bilinəcək.

“Qarabağ”ın mümkün rəqibləri aşağıdakılardır:

1. “Valetta” (Malta)

2. “Sarayevo” (Bosniya və Hersoqovina)

3. “Sutyeska” (Monteneqro)

4. “Partizani” (Albaniya)

5. “Saburtalo” (Gürcüstan)

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.