çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

"Sabah" daha bir futbolçunu heyətinə qatıb

18.06.2019 16:16 Oxundu 471


2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” daha bir futbolçunu heyətinə cəlb edib. Cempion.az xəbər verir ki, Məhəmməd Mirzəbəyov bundan sonra "Sabah"ın şərəfini qoruyacaq. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Anji” (Rusiya), “Sumqayıt”, “İnter” və “Qəbələ”nin uğurları üçün çalışmış futbolçunun son komandası “Neftçi” olub. Xatırladaq ki, Məhəmməd “Sabah”ın növbəti mövsüm üçün 4-cü transferidi. Daha öncə Cavid Tağıyev, Kevin Kubemba və Ruslan Abışovla müqavilə bağlanmışdı