18.06.2019 16:56
642


Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Cempion.az UEFA-ya istinadən xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə “Qarabağ”ın rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq. Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.