cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: Bizi çətin qarşılaşmalar gözləyir

19.06.2019 11:00 Oxundu 453


Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Ağdamllar bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq. Cempion.az xəbər verir ki, Komandanın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirib. Gələckdəki oyunlar haqqında danışan Q,Qurbanov: "Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər.  Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər.  Həddindən artıq ciddi və diqqətli olmalıyıq".