cümə axşamı, 28 mart 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov püşk haqda

19.06.2019 12:20 Oxundu 733

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Ağdamllar bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq. Cempion.az xəbər verir ki, Komandanın baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib. Gələcəkdəki oyunlar haqqında danışan R.Sadıqov: "Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq, keçən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər bir rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".