şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Qarabağ"ın 2-ci mərhələdəki rəqibi də bilindi

19.06.2019 14:24 Oxundu 677


"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub. Cempion.az xəbər verir ki, Ağdam klubu 1-ci mərhələdə Albaniyanın "Partizani" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə "Dandolk" (İrlandiya) və "Riga" (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda, 2-ci təsnifat mərhələsinin matçları isə 23-24 və 30-31 iyulda keçiriləcək.