bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

“Borussiya Dortmund” “Bayer Münhen”dən keçmiş futbolçusunu transfer etdi

19.06.2019 16:05 Oxundu 712

“Borussiya Dortmund” heyətinə yeni futbolçu qatıb. Cempion.az xəbər verir ki, Dortmund təmsilçisi keçmiş futbolçusu Mats Hummelsi yenidən transfer edib. Klub futbolçu üçün “Bayer Münhen”ə 38 milyon avro ödəyib. Təcrübəli yarımmüdafiəçi “Borussiya Dortmund”la 3 illik müqavilə imzalayıb. Qeyd edək ki, Hummels 2009-2016-cı illərdə “Borussiya Dortmund”un şərəfini qoruyub.