20.06.2019 13:11
751


"Yuventus" PSJ ilə müqaviləsi sona çatan Adrien Rabiotu heyətinə qatmağa hazırlaşır. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, gənc futbolçu “Yuventus”dan gələn təklifi qəbul edib və Turin təmsilçisi yaxın günlərdə transferi rəsmi olaraq açıqlayacaq. "Qoca Sinyora" 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb. Rabiotun “Yuventus"da illik gəliri 7 milyon avro olacaq. Bundan əlavə o, 10 milyon avro imza pulu da alacaq.