20.06.2019 14:02
478


“Mançester Yunayted”in baş məşqçisi Ole Qunar Sulşer gələcək mövsüm üçün komandada düşünmədiyi Romelu Lukakunun əvəzinə yeni hücumçu hədəfi “Arsenal”ın futbolçusu Pier Emerik Aubameyanqdır. Cempion.az xəbər verir ki, “Mançester Yunayted” artıq “topçular”a təklif göndərib. “Mançester Yunayted” futbolçu üçün 80 milyon avronu gözdən çıxardıb. Qeyd edək ki, 2018-ci ildə “Borussiya Dortmund”dan 63 milyon avro qarşılığında “Arsenal”a transfer olunan 30 yaşlı hücumçu bu mövsüm 51 oyunda 31 qol və 8 məhsul ötürmə edib.