bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion açıqlandı

20.06.2019 17:14 Oxundu 603


"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubuyla və II mərhələyə yüksələcəyi təqdirdə də ev oyununu "Dalğa Arena"da keçirəcək. Cempion.az xəbər verir ki, buna səbəb 21-27 iyul tarixləri arasında baş tutacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.