21.06.2019 11:15
664
664

"Zirə" yay transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib. Cempion.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi çernoqoriyalı Boyan Zaqoviçlə anlaşıb. 30 yaşlı qapıçı ilə 1 illik müqavilə bağlanılıb. Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, və Nicat Süleymanovu da heyətinə cəlb edib.