21.06.2019 16:42
548


“Mançester Yunayted”in hücumçusu Romelo Lukaku “İnter”ə keçməyə yaxındır.
Cempion.az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Milan klubu ilə müqavilə imzalamağa razılıq verib. “İnter”in Lukakuya ilinə 6 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki,”MY” ilə 2022-ci ilə qədər müqaviləsi olan Belçika millisinin üzvü ötən mövsüm 45 oyuna 15 qol vurub.