22.06.2019 13:05
705


Ağdam rayonunda Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr edilən futbol turniri keçirilir. Cempion.az xəbər verir ki, rayonun Bənövşələr qəsəbəsində artıq dördüncü ildir təşkil olunan ənənəvi turnirində rayonun cəbhəyanı kəndlərini, məcburi köçkün qəsəbələrini, ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda mübarizə aparacaq. Turnirin finalı iyulun 12-də - Raquf Orucovun doğum günündə baş tutacaq. Birinci, ikinci və üçüncü yerə çıxan komandalara kubok, medal, fəxri fərman və xatirə hədiyyələri təqdim ediləcək.