26.06.2019 16:20
962

2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra"Sabah"ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
“Qəbələ”nin yetirməsi olan Bəhlul, peşəkar karyerasında bu komandadan başqa “Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib.
Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub. Qeyd edək ki, bir neçə müddət öncə mətbuatda B.Mustafazadənin Şotlandiyanın "Reyncers" və "Seltik" klublarına transfer olunacağı xəbərlər yer almışdır.