26.06.2019 19:54
1303


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev finala yüksəlib. Cempion.az xəbər verir ki, H.Əliyev II Avropa Oyunlarında yarımfinal görüşündə əslən erməni olan Ukrayna təmsilçisi Hor Ohanesyanı məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, Hacı Əliyev ilk görüşündə də erməni idmançı Volodya Franqulyanı 6:0 hesabı ilə məəlub edib.