bazar ertəsi, 07 iyul 2025

GÜLƏŞ

Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazandı

26.06.2019 20:27 Oxundu 1441

İyunun 26-da sərbəst güləşçimiz Mahir Əmiraslanov ikinci Avropa Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandırıb. Cempion.az xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək “Minsk 2019” ikinci Avropa Oyunlarının çempionu olub.