bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

Azərbaycanlı futbolçular "Traktor"un hədəfində - Dənizli açıqladı

29.06.2019 16:26 Oxundu 581

Təbrizin “Traktor” klubu heyətinə iki azərbaycanlı futbolçu cəlb edə bilər.


Cempion.az qol.az-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Musta Dənizli “TRT Spor”a açıqlamasında deyib.

“Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Superliqada çıxış edən fubolçuların da onun maraq dairəsində olduğunu bildirib:

“Türkiyədən bir neçə oyunçu ilə maraqlanırıq. Eyni zamanda Azərbaycandan və İrandan iki futbolçu maraq dairəmizdədir. Onlarla danışıq aparmaq istəyirik”.

Qeyd edək ki, M.Dənizli iyunun 13-də Təbriz klubuna baş məşqçi təyin edilib.