01.07.2019 10:19
611


Millimizin üzvü Ramil Şeydayev klubunu dəyişə bilər. Cempion.az qol.az-a istinadən xəbər verir ki, "Krılya Sovetov"un 23 yaşlı hücumçusu Moskva "Dinamo"su ilə anlaşıb.
Samara təmsilçisi ilə müqaviləsi başa çatan futbolçunun yaxın günlərdə paytaxt klubunda tibbi müayinədən keçəcəyi bildirilir. Xəbərdə "Dinamo"nun Şeydayevin keçidini həll etdiyi qeyd olunub.
Şeydayev ötən mövsüm Rusiya Premyer Liqasında 18 oyuna çıxıb və 4 qol vurub.