bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

"Yuventus" yeni transferini təqdim etdi - FOTO

02.07.2019 16:01 Oxundu 669


"Yuventus" yeni transferi Adrien Rabyonu ictimaiyyətə təqdim edib.

PSJ-dən ayrılan fransalı yarımmüdafiəçi yeni klubunda 25 nömrəli forma geyinəcək.

Uzunmüddətli müqaviləyə imza atan 24 yaşlı oyunçu "Yuventus"da ilinə 7 milyon avro qazanacaq. Turin təmsilçisinə azad agent kimi Rabyonun meneceri olan anasına isə 10 milyon avro transfer haqqı verilib.

(Qol..az)