bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

Braziliya Argentinaya yarımfinalında 2 qol vurub - VİDEO

03.07.2019 10:35 Oxundu 582


Braziliyanın Belu-Orizonti şəhərində futbol üzrə Amerika Kubokunun yarımfinal mərhələsində Braziliya və Argentina yığmaları qarşılaşıb. Oyun Braziliya yığmasının qələbəsi ilə yekunlaşıb.

Birinci qol oyunun 19-cu dəqiqəsində vurulub. Hücumçu Qabriel Jesuz Roberto Firminonun ötürməsini qola çevirib. İkinci qolu isə 71-ci dəqiqədə Roberto Firminonun özü vurub.

Braziliya Argentina yığmasına qalib gələrək  Amerika Kubokunun ilk finalçısı olub. Bundan sonra Braziliya Çili və Peru qarşılaşmasının qalibi ilə finalda görüşəcək .


(Report )