03.07.2019 16:40
954


Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Jetısu" ilə keçirdiyi görüşün ən yaxşıları arasında olub. XVI turdakı 1:0 hesablı səfər qələbəsinin ardından Balayev seçilən 3 oyunçudan biri olub. Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Jetısu" ilə keçirdiyi görüşün ən yaxşıları arasında olub. XVI turdakı 1:0 hesablı səfər qələbəsinin ardından Balayev seçilən 3 oyunçudan biri olub.
Həmin qarşılaşmada bir superseyvlə yadda qalan və çərçivəyə gələn bütün topları tutan 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 278 xalla 3-cü yeri tutub. Onun ötürmələrinin 70 faizi dəqiq alınıb.
Oyunda "Tobol"un ən yaxşısı müdafiəçi Fernandes Kassai olub (297 xal). Yarımmüdafiəçi Nika Kvekveskiri isə 290 xalla 2-ci yeri tutub.
Qeyd edək ki, "Tobol" 16 turdan sonra Qazaxıstan Premyer Liqasına başçılıq edir.(Matc.az)