bazar ertəsi, 07 iyul 2025

GÜLƏŞ

Mariya Stadnik: “London olimpiadasından sonra karyeramı bitirəcəyimi düşünürdüm” - VİDEO

03.07.2019 17:29 Oxundu 681


“Minsk 2019” II Avropa Oyunlarının qalibi Mariya Stadnik Milli Olimpiya Komitəsinin “Youtube” kanalına müsahibə verib.

31 yaşlı ukraynalı güləşçi şəxsi həyatı, Azərbaycan yığmasını seçməsinin tarixçəsi, əldə etdiyi uğurlar və gələcək planlarından danışıb. 

Qeyd edək ki, Stadnik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc, 2012-ci il London və 2016-ci il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, Avropa Oyunlarının ikiqat qalibi olmaqla yanaşı, dünya və yeddiqat Avropa çempionudur. Təcrübəli güləşçi “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanıb.


(Report)