bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

“Səbail”in avrokubok oyununun bilet qiymətləri AÇIQLANDI

04.07.2019 13:25 Oxundu 576


“Səbail”in Avropa Liqasının I təsnifat mərhələsində “Universitatya Krayova” ilə ilk oyununun biletləri satışa çıxarılıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunun biletlərini iticket.az saytından əldə etmək olar. Biletlərin qiyməti 1-3 manat təşkil edir.

Qeyd edək ki, iyulun 11-də “ASCO Arena”da keçiriləcək "Səbail" - “Universitatya Krayova” matçı yerli vaxtla 20:00-da başlayacaq.