bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

“Araz”ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşib

05.07.2019 10:32 Oxundu 518

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, mübarizəyə əsas mərhələdən başlayacaq turnirdəki təmsilçimiz “Araz” “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna)  komandaları ilə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.