bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

"Keşlə"də yeni transfer

05.07.2019 13:12 Oxundu 621

"Keşlə" növbəti transfer həyata keçirib. Cempion.az klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi qapıçı  Stanislav Namaşkoni heyətinə qatıb. Moldova milli komandasının üzvü olan futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalanıb. S.Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına da dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) klublarında da çıxış edib. Onun son klubu Monteneqro "Zeta"sı olub.