bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

UEFA "Partizani" - "Qarabağ" oyununa təyinatları açıqladı

05.07.2019 17:24 Oxundu 615


"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə ilk oyununa hakim təyinatları açıqlanıb.

Tiranada keçiriləcək ilk matçın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq. 37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlayacaq. (Qol.az)