bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

Amerika kubokunun sahibi məlum oldu - VİDEO

08.07.2019 09:22 Oxundu 787

Braziliyada təşkil edilən Amerika kubokuna yekun vurulub. Cempion.az xəbər verir ki, turnirin final qarşılaşmasında Braziliya və Peru kollektivi üz-üzə gəliblər. Matçdan 3-1 hesablı qələbə ilə ayrılan “sambaçılar” tarixində 9-cu dəfə Amerika kubokunun sahibi olublar. Oyunda qolları Braziliyadan Everton, Qabriel Jesus və Riçarilson vurub. Perunun yeganə qolununa Gerrero imza atıb. Qeyd edək ki, turnirin bürünc mükafatçılarını Çili millisini 2-1 hesabı ilə məğlub edən Argetina qazanıb.