08.07.2019 13:07
631


Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" oyunu canlı yayımlanacaq.
Albaniyadakı qarşılaşma "CBC Sport" telekanalının canlı efirində olacaq. Məlumatı telekanal özü yayıb.
Qeyd edək ki, iyulun 10-da "Selman Stermasi" stadionunda keçiriləcək "Partizani" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra paytaxtımızda olacaq. (Qol.az)