08.07.2019 16:13
545

Braziliya millisinin və “Liverpul”un qapıçısı Alisson Bekker rekorda imza atıb.
Cempion.az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, bir mövsümdə 3 dəfə “qızıl əlcək” mükafatını qazanan ilk qapıçı olub.
Ötən mövsüm “Liverpul”un heyətində İngiltərə Premyer Liqasının və Çempionlar Liqasının ən yaxşı qapıçısı seçilən Bekker, Amerika kubokunun qalibi olan Braziliya millisinin heyətində də eyni uğuru təkrarlayıb. Alisson turnir ərzində keçirdiyi 6 ounda cəmi bir qol buraxıb.