bazar ertəsi, 07 iyul 2025

BİZİM FUTBOL

"Keşlə" daha iki futbolçu ilə müqavilə bağlayıb

08.07.2019 17:38 Oxundu 551


"Keşlə" yay fasiləsində daha iki futbolçunun keçidini rəsmiləşdirib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  paytaxt təmsilçi cihan müdafiəçiləri - İlkin Qırtımov və Emin Mehdiyevlə anlaşıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ili əhatə edir.

Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.